EN

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

Əvvəlcə Milli İstehbarat Təşkilatı (MİT) başkanı İbrahim Kalın Dəməşqə gedərək, “Heyət Təhrir əş-Şam” (HTŞ) lideri Abu Məhəmməd Colani ilə görüşdü, sonra növbə xarici işlər naziri Hakan Fidana çatdı. Növbəti mərhələdə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Suriya paytaxtına gedəcək.


News365.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb.


O bildirib ki, Türkiyə rəsmilərinin Dəməşqə artan səfərləri Suriyadakı olayların Türkiyənin maraqlarına uyğun olduğu yanaşmasını bir daha təsdiq edir:


“Birinci növbədə Türkiyə HTŞ ilə birgə Suriyanın şimalında terrorçu PKK təşkilatının varlığına son qoymaq istəyir. Bu, Suriyanın keçici hökuməti üçün də vacibdir. Bununla həm ölkənin ərazi bütövlüyü təmin olunacaq, həm də Suriyanın ən zəngin əraziləri nəzarət altına alınacaq. İkincisi, keçici hökumətin Suriyanın yenidən qurulmasında Türkiyənin dəstəyinə ehtiyacı var. Müzakirə olunacaq başqa vacib detallar da var ki, bunların da reallaşmasını iki ölkə addım-addım həyata keçirəcəklər”.

Chosen
4
3
news365.az

10Sources