EN

“Turan Tovuz” yeni ili gözləmədi, ilk transferi etdi

«Turan Tovuz» qış fasiləsində ilk transferini edib.

Yeni ilin gəlişini gözləməyən qərb klubu Rəhim Sadıxovu sıralarına qatıb.

Onunla ilyarımlıq müqavilə imzalanıb.

«Sumqayıt» bu keçidin baş tutması üçün Rəhim Sadıxovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Yarımmüdafiəçinin düşərgədən göndərilməsi tlə bağlı qərar Vaqif Cavadova məxsusdur.

Samir Abasovun gedişindən sonra baş məşqçi səlahiyyətlərini yerinə yetirən mütəxəssis yığmanın sabiq üzvünün xidmətində maraqlı olmayıb.

2019-2022-ci illərdə də "Sumqayıt"ın formasını geyinmiş R.Sadıxovun son klubu "Zirə" olub. O, iki illik fasilədən sonra "gənclik şəhəri" təmsilçisinin düşərgəsinə dönmüşdü.

Lakin ikinci qayıdış özünü doğrultmadı. Abasov kimi, Cavadov da ondan istədiyi oyunu meydanda görmədi.

SPORTİNFO.AZ

Chosen
12
sportinfo.az

1Sources