EN

“Qarabağ” hücumçusunu bundan qat-qat artıq məbləğə satacaq

“Qarabağ”ın Olavio Juninyonu “Sevilya”a satmaqdan imtina etməsinin səbəbi məlum olub.

İspaniya təmsilçisi 28 yaşlı hücumçunun transferi üçün “köhlən atlar”a 2 milyon avroluq təklif göndərib.

Əndəlüs komandası həmin məbləği iki hissəli şəkildə ödəmək istədiyini bildirib.

Azərbaycan çempionu ilkin təklifə 1 gün sonra cavab verib.

“Sevilya”lılara bu məbləğin kifayət qədər aşağı olduğu çatdırılıb. Qeyd edilib ki, onların keçid üçün nəzərdə tutduqları rəqəm bundan qat-qat çoxdur.

Juninyo 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla 31 qola imza atıb.

«Sambaçı» cari mövsümdə 11 dəfə rəqib qapılarına yol tapıb. Onun Ağdam klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

SPORTİNFO.AZ

Chosen
15
sportinfo.az

1Sources