EN

Salonikidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi və “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Salonikidə yaşayan həmvətənlərimizin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edilib.

Tədbirdə Azərbaycanın Yunanıstandakı səfirliyinin əməkdaşı icma üzvlərini bayram munasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi, mahiyyəti, bu günün təsis edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu haqqında istirakcılara məlumat verib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxışında qeyd edib ki, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd edirlər. “Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən bu əlamətdar gün hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”, - deyə sədr bildirib.

6Sources