EN

Juninyodan “Sevilya” açıqlaması

“Qarabağ”ın hücumçusu Olavio Juninyo İspaniyanın “Sevilya” klubuna mümkün transferi ilə bağlı yaranmış vəziyyəti ilk dəfə şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Estadio Deportivo”ya danışıb:

“Hazırda bu məsələ mənim əlimdə deyil. Bu vəziyyət haqqında çox danışa bilmərəm, çünki “Qarabağ”la müqaviləm var. Mən tərəflərin razılığa gəlməsini gözləyirəm”.

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, “Qarabağ” “Sevilya”nın 2 milyon avroluq ilk təklifi ilə kifayətlənməyib və tərəflər güzəştə getməyə çalışır. Juninyo 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Chosen
4
3
qafqazinfo.az

6Sources