EN

A Seriyası: “Atalanta” və “Roma” evdə, “Yuventus” səfərdə sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Roma” doğma meydanda “Parma”ya 5 cavabsız qolla qalib gəlib. “Venesiya” “Kalyari”ni, “Atalanta” da “Empoli”ni məğlub yola salıb.

Üç qolun qeydə alındığı “Montsa” – “Yuventus” matçında isə Turin təmsilçisi çətin qələbəyə sevinib.

Qeyd edək ki, 17-ci turun qalan oyunları dekabrın 23-də keçiriləcək.

İtaliya, A Seriyası
17-ci tur
20 dekabr

Verona – Milan 0:1
Qol: Reynders, 56.

21 dekabr

Torino – Bolonya 0:2
Qollar: Dallinqa, 71. Pobeqa, 80.

Cenoa – Napoli 1:2
Qollar: Pinamonti, 51 – Anqissa, 15. Rrahmani, 23.

Leççe – Latsio 1:2
Qollar: Tete Morente, 50 – Kastelyanos, 45+3-pen. Maruşiç, 87.

22 dekabr

Roma – Parma 5:0
Qollar: Dibala, 8-pen; 51. Salemakers, 13. L.Paredes, 74. Dovbik, 83.

Venesiya – Kalyari 2:1
Qollar: Zampano, 38. Sverko, 67 – Pavoletti, 76.

Atalanta – Empoli 3:2
Qollar: De Ketelare, 34; 86. Lukman, 45+1 – Kolombo, 13. Espozito, 57-pen.

Montsa – Yuventus 1:2
Qollar: Birindelli, 22 – Makkenni, 14. N.Qonsales, 39.

23 dekabr

21:30. Fiorentina – Udineze
23:45. İnter – Komo

Chosen
18
2
arena.az

3Sources