EN

Transferi gündəmdə olan hücumçu: “Mən razılığa gəlmələrini gözləyirəm”

“Qarabağ”ın hücumçusu Olavio Juninyo “Sevilya”ya mümkün transferi ilə bağlı yaranmış vəziyyəti ilk dəfə şərh edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı legioner bu barədə “Estadio Deportivo”ya danışıb:

“Hazırda bu məsələ mənim əlimdə deyil. Bu vəziyyət haqqında çox danışa bilmərəm.

Ççünki “Qarabağ”la müqaviləm var. Mən tərəflərin razılığa gəlməsini gözləyirəm”.

“Qarabağ” İspaniya klubunun 2 milyon avroluq ilk təklifi ilə kifayətlənməyib və tərəflər güzəştə getməyə çalışır. Juninyo 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Chosen
28
sportinfo.az

1Sources