Bakı. Trend:
İndi bütün şuşalıların ürəyi doğma Şuşaya qayıtmaq üçündöyünür.
Bunu Trend-əaçıqlamasında Şuşa sakini Məmmədov Vüqar deyib.
Onun sözlərinə görə, orta məktəbi Şuşada bitirib. Şuşa ilə bağlıgözəl xatirələri var.
"Özüm də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Şuşayaqayıtdığımda birinci növbədə şəhidlərin məzarlarını ziyarətetməkdir.
Biz bu günümüzü dövlətimizə, Prezidentimizə borcluyuq. Allahordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizəcansağlığı versin", -deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30minə yaxın insan yaşayır