Braziliyalı muzdlular Kiyev tərəfində döyüşmək üçün bir qrup ekspedisiya yaradıblar, onların arasında keçmiş hərbçilər və polis zabitləri də var.
Bu barədə RİA Novosti məlumat yayıb.
Əcnəbilər Ukraynaya səfər etməzdən əvvəl öz hazırlıqlarını sosial şəbəkələrdə abunəçilərinə bildiriblər.
Muzdlulardan biri uzun müddətdir ki, Kalaşnikov avtomatından istifadə etdiyini, bundan sonra Belçika istehsalı olan FN Minimi Mk2 yüngül pulemyotuna keçdiyini bildirib. Digər Braziliya vətəndaşı etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etməzdən əvvəl Latın Amerikası ölkəsinin ordu aviasiyasında xidmət edib.
Cavid Şahverdiyev