EN

Mask heç vaxt prezident ola bilməyəcək, çünki o...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ən böyük dəstəkçisi İlon Maskın prezident olmasının mümkünlüyü ilə bağlı zarafatyana açıqlama verib.

Publika.az xəbər verir ki, “Washington Post” nəşri Maskı “kölgə prezident” kimi təsvir edib.

Bu hadisələrin ardınca Phoenixdə tədbirlərdən birində çıxış edən Tramp Maskın prezident olma ehtimalı ilə bağlı açıqlama verib. O bildirib ki, Mask heç vaxt prezident olmayacaq:

“O, bu ölkədə doğulmayıb. Mask texnoloji sahibkar Vivek Ramasvamy ilə birlikdə hökumətin xərcləri azaltmaq məqsədi kimi hazırlanmış Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik etməyə hazırlaşır”.

Chosen
7
44
publika.az

10Sources