EN

“Get, özünə aid işlərlə məşğul ol!” – DEPUTAT


"ABŞ diplomatı öz açıqlamasında buyurub ki, Azərbaycanda jurnalistlər həbs edilib. Xeyr, cənab səfir! Azərbaycanda jurnalistlər deyil, Qərb dairələri tərəfindən maliyyələşən və ölkəmizə casus, xəfiyyə kimi göndərilən cinayətkarlar həbs olunub. Lütfən, cümləni düzgün quraq, kontekst itməsin.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Parlamentin son plenar iclasında çıxışı zamanı söyləyib.
 
"Fransa səfiri də ondan geri qalmır və son dönəmlər siyasətçi obrazına girib. Hərgah, arada onun qulağına pıçıldamaq lazım ki, sən səfirsən və səlahiyyətinə aid olmayan məsələlərlə bağlı şərh və ya "yekə-yekə” məsləhətlər vermək sənə düşməz. Get, öz işinlə məşğul ol.”- deyə Partiya sədri fikirlərinə davam edib.
 
 
 

Chosen
19
7news.az

1Sources