EN

"Lukoil" və "Azpetrol" xalqı aldatmağa başlayıb

Son zamanlar sürücülər benzinin keyfiyyətsiz olmasından şikayətlənirlər. Sosial şəbəkələrdə boy götürən videolarda görünür ki, benzinə su vurulur.

Bu haqda maşın ustaları, sürücülər şikayətlər paylaşırlar. Xüsusən də "Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə iddialar irəli sürülür. 

Hurriyyet.az xəbər verir ki, yanacaqdoldurma məntəqələri benzinə su qataraq avtomobillərə zərər vurur. Nəticədə sərfiyyat artıb, keyfiyyət düşüb, maşınlar xarab olur, yollarda qalır. Bununla bağlı müvafiq orqanlar araşdırma aparmalıdırlar. Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib ki, “Şamaxinka”da yerləşən “Lukoil”dan yanacaq əvəzinə su vurublar: "Sürücü 20.12.2024 tarixdə saat 21:05-21:30 radələrində şirkətimizə məxsus 99-XN-288 nömrəli “Hyundai Elantra” avtomobil ilə “Şamaxinka”da yerləşən “Lukoil”dan 20 manatlıq Aİ92 benzin vurub. 200 metr getdikdən sonra maşın sönüb. Gətirmişik ustaya yanacaq çənindən benzin yerinə su çıxıb. Mənə 500 AZN ziyan dəyib və “Lukoil” deyir ki, biz çəndən analiz götürməliyik”. 

Şikayətçi bildirib ki, bu 1 ay ərzində sözügedən şirkətin yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci hadisədir.

Qeyd edək ki, “Lukoil” yanacaqdoldurma məntəqələrindən bir neçə dəfə belə şikayətlər olub. Lakin təkcə sözügedən YDM deyil, "Azpetrol" və digər şirkətlərin də keyfiyyətsiz benzin satması ilə bağlı narazılıqlar qeyd olunur.

Anaxeber.info

Chosen
7
1
hurriyyet.az

2Sources