EN

Gələn ildən Bakı və Bakıətrafı ərazilərdə təcili yardım yarımstansiyalarının qurulması tamamlanacaq

"Ölkə üzrə təcili yardım və çağrı mərkəzinin tam yenidənqurulması üçün işlər davam etdirilir".

APA xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Bakı şəhərində çağrı mərkəzi işləməzsə, ehtiyyat çağrı mərkəzi xidmətinin dövrəyəyə keçməsi üçün hazırlanan layihə planı artıq hazırdır və gələn ildən fəaliyyətə başlayacaq.

"Binədə və Zabratda əlavə yarımstansiyalar hazırdır. Bakı və Bakıətrafı ərazilərdə gələn ildən bütün yarınstansiyaların qurulması başa çatdırılacaq, - deyə o qeyd edib.

Chosen
9
1
apa.az

2Sources