EN

“Mossad” rəhbəri İran haqda: “İlanın başını əzməliyik”

 Vətəninfo.az  xəbər verir ki, “Mossad”ın rəhbəri Devid Barnea son günlər ölkənin siyasi və hərbi rəsmilərinə İrana qarşı yeni hücum dalğasına başlamalarını təklif edib. Bildirilib ki, bu təklif İranın dəstəklədiyi “Ənsarullah” (husilər) qruplaşmasının Yəməndən İsrailə ballistik raket hücumlarına cavab olaraq edilib. 

“Biz ilanın başına, yəni İrana hücum etməliyik. Yəmənə hücum məsafə və məlumat toplamaq çətinliyinə görə təsirli deyil və husilərə göstərişi və əmrləri İran komandirləri verirlər”, – deyə Barnea vurğulayıb. 

Qeyd olunub ki, amerikalı senator Cin Şahin deyib ki, ABŞ növbəti olaraq İranın devrilməsini istəyir. Onun sözlərinə görə, Tehran zəifləyib. Senator açıqlayıb ki, “Suriyadakı hadisələr İranın strateji uğursuzluqlarını üzə çıxarıb və indi demokratiya, insan haqları və hər kəs üçün ədalət kimi ümumi dəyərləri dilə gətirmək vaxtıdır” (GATDB).

Chosen
14
veteninfo.az

1Sources