EN

Suriyanın yeni müdafiə nazirindən kürd terrorçulara ULTİMATUM

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada qurulan keçid hökumətinin müdafiə naziri Marhaf əbu-Kəsra kürd terror təşkilatlarına sərt xəbərdarlıq edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Əbu Həsən əl-Həməvi kimi tanınan Marhaf əl-Kəsra ilk müsahibəsində terror təşkilatı PKK-nın Suriya qanadı olan YPG və PYD-yə ultimatum verərək deyib: 

“Biz kürd xalqı ilə PYD-ni bir-birindən ayırırıq. Kürd xalqı Suriya xalqının bütün digər komponentləri kimi öz hüquqlarını tam alacaq. Ancaq sadə dillə desək, heç bir parçalanma, federalizm və ya buna bənzər layihələr olmayacaq. Suriya bütöv, vahid olaraq qalacaq”. 

Chosen
14
cebheinfo.az

1Sources