İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amoli İslam Respublikasının ölkəni elektrik enerjisi və qazla təmin edə bilməməsinə haqq qazandıraraq iddia edib:
“Elektrik enerjisinin tez-tez kəsilməsinin və qaz çatışmazlığının əsas səbəblərindən biri sənayedə elektrik enerjisi və qazın artımı və enerji qıtlığı yaşayan yoxsul bölgələrin inkişafıdır”.
Hökumət mollası gülünc şəkildə bildirib ki, “sənayedə elektrik enerjisinin istehlakının artması ölkənin inkişafının sürətlənməsindən xəbər verir”.
visiontv.az