EN

“Araz-Naxçıvan”dan qış hazırlığı barədə açıqlama

style='margin-bottom:10px;'>

Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək. 
QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.

Hazırlıq prosesini Bakıda keçirəcək “qırmızı-ağlar” iki yoxlama oyununda gücünü sınayacaq. Baş məşqçi Elmar Baxşıyev komandanı əvvəlcə klubun əvəzediciləri ilə  görüşdə sınayacaq. Bu oyun yanvarın 8-nə planlaşdırılıb. 

Üç gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə üz-üzə gələcək.  Oyunun başlama saatı barədə əlavə məlumat veriləcək.
 

Chosen
4
8
teleqraf.com

10Sources