Ukrayna münaqişəsi ABŞ üçün problemə çevriləcək.
Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte bildirib.
“Fikrimcə, Tramp hələ də Ukrayna ilə bağlı strategiyası haqqında düşünür. Rusiyanın KXDR, İran və Çinlə əməkdaşlığı səbəbindən Ukraynadakı münaqişə ABŞ üçün problemə çevriləcək”, – Rutte deyib.
“İyun ayında keçiriləcək NATO sammitinə qədər Ukraynada atəşkəs əldə oluna bilərmi”, sualına Rutte belə cavab verib: “Bilmirəm. Mən heç nəyi istisna edə bilmərəm. Əlbəttə, ümid edirəm ki, Ukrayna tezliklə danışıqlara başlamaq üçün güclü mövqedə olacaq. Biz indi çətin vəziyyətdə olan Ukraynanın möhkəm mövqe tutmasını təmin etməliyik”.
Azpost.info