EN

İlon Mask: "Süni intellekt 2030-cu ilə qədər bütün insanların intellektini üstələyəcək"

Amerikalı iÅŸ adamı vÉ™ milyarder Ä°lon Mask hesab edir ki, süni intellekt (AI) bu onilliyin sonuna qÉ™dÉ™r bütün insanların intellektini üstÉ™lÉ™yÉ™cÉ™k. 

Valyuta.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində məlumat verib.

Dekabr ayında real görüntülər yaratmaq üçün özünün neyron şəbəkəsini təqdim edən Maskın fikrincə, 2025-ci ilin sonuna kimi süni intellekt hər hansı bir insanın və 2027-2028-ci illərdə ola bilsin ki, bütün insanların intellektini üstələyəcək.

"Süni intellektin 2030-cu ilə qədər bütün insanların intellektini üstələməsi ehtimalı 100% təşkil edir", deyə "Tesla", "SpaceX" və X-ın rəhbəri yazıb.

Mart ayında İlon Mask, "Pinterest"in həmtəsisçisi Evan Şarp və "Apple"ın həmtəsisçisi Stiv Voznyak süni intellektin yaradıcılarına müraciət edərək, onları güclü sistemlər üzərində araşdırmaları dayandırmağa çağırıblar. Onların açıq məktubu "Future of Life" saytında dərc olunub.

Eyni zamanda, iyul ayında "SpaceX"in təsisçisi xAI şirkəti tərəfindən "süni intellektin təlimi üçün dünyanın ən güclü klasteri"nin işə salındığını elan edib. Onun 2025-ci ilin payızında təqdim ediləcəyi gözlənilir.

Paşa Məmmədli

Chosen
24
1
valyuta.az

2Sources