Serbiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç arasında geniş tərkibdə görüş keçirilib.
Herbiand.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə siyasi, təhlükəsizlik, iqtisadi və enerji məsələləri, iki ölkə arasında strateji tərəfdaşlığın humanitar və digər aspektləri müzakirə edilib. Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, eləcə də sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.