EN

ABŞ öz vətəndaşlarını Belarusu dərhal tərk etməyəÇAĞIRIB

Dövlət Departamenti ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə, bu ölkəyə səfər planlaşdıranları isə səfərlərini ləğv etməyə çağırıb.

Azpost.info xəbər verir ki, departament bununla bağlı yazılı açıqlama yayıb.

“Həbs riski, Rusiyanın Ukraynaya qarşı müharibəsində davamlı yardım, eləcə də regionda qeyri-sabitlik və vəziyyətin gözlənilməzliyinin artması səbəbindən Belarusa getməyin”, – məlumatda deyilir.

Dövlət Departamenti xatırladıb ki, Birləşmiş Ştatlar 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başlayandan qısa müddət sonra Minskdəki səfirliyinin işini dayandırıb. Eyni zamanda qurum amerikalıları ölkəni tərk etməyə çağırıb. O vaxtdan bəri ABŞ Belarus üçün səyahət tövsiyələrini bir neçə dəfə yeniləyib.

Departamentdən növbəti xəbərdarlıq ölkədə 2025-ci il yanvarın 26-na təyin edilmiş prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda gəlib.

Azpost.info

 

Chosen
10
azpost.info

1Sources