EN

"Dövlət orqanları enerjiyə qənaət edən avadanlıqlar üçün rüsumları azaltmalıdır"

Ölkəmizin yaşıl yaşam mühitinə çevrilməsi dövlətin siyasi xəttinə çevrilib. COP29 kimi böyük tədbirdə alınan mühüm qərarlar da bunun nümunəsidir. Hibrid ovtomobillərin, elektrik enerjisinə qənaət edən məişət avadanlıqlarının sayı getdikcə artmaqdadır. İnsanlar isə həmin avadanlıqların eyni markadan olan digər məhsullarla nisbətdə baha olmasından şikayət edirlər. Buna ən əsas səbəb idxal zamanı çəkilən xərclər kimi göstərilir. 

Ekoloq Qorxmaz İbrahimli məsələ ilə bağlı Demokrat.az-a danışıb.

O, açıqlamasında bildirib ki, insanlar yalnız elektrik enerjisinə yox, hər şeyə qənaət etməlidir:

“Elektrik enerjisinə qənaət edən məişət avadanlıqları istifadə olunmalıdır. İsrafın qarşısının alınmasının bundan başqa da çox yolları var. İnsanlarımız bunlara əməl etmək istəmir".

Onun sözlərinə görə, elektrik enerjisinə qənaət edən paltaryuyan, qabyuyan kondisioner kimi avadanlıqların istifadəsinə hökumət də təşviq etməlidir:

“Sensorlu su kranlarından da istifadə etmək olar. Hökumət bu cihazların ölkəyə gətirilməsində tələb olunan xərcləri, rüsumları azaltmalıdır. Bu əşyaların sayının çox olması bahalığı aradan qaldıracaq. Ucuz idxal olunarsa, ucuz satılar. Hər kəs üçün əlçatanlıq olmalıdır. Bununla həm də saxta məhsulların ölkəyə girişi məhdudlaşar. 

Elektrik enerjisinə qənaət üçün günəş bataryaları quraşdırmaq da olar. Hər kəs öz enerjisini yaradar, məişət avadanlıqlarını istifadə edər. 
Qənaət üçün çox yollar var. Təəssüf ki, bunlara əməl edilmir. Marka məhsulların baha olması normaldır. Ancaq bizdə xüsusilə bahadır. Ona görə ki, keyfiyyəti üçün deyil, müəyyən inhisarçılıqla idxal olunurlar”. 

Əfsanə Kamal
Demokrat.az
Chosen
6
demokrat.az

1Sources