EN

Polis Laçında şagirdlərlə maarifləndirici görüş keçirib - FOTO

Laçın Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbdə narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov narkotikin insanın immun sisteminə və dünyagörüşünə vurduğu ağır fəsadlardan bəhs edib. Eləcə də erkən nikah mövzusuna da toxunan rəis, bu cür halın yaratdığı problemlər haqda ətraflı məlumat verib. Gənclərə bu problemlərlə üzləșməmək üçün sağlamlıqlarının qeydinə qalmağı və yüksək savada yiyələnmələri tövsiyə olunub. 

Həmçinin tədbirdə Polis Akademiyası haqqında da dolğun bilgilər verilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şərait şagirdlərin diqqətinə çatdırılıb.

FOTO QALEREYA
Chosen
47
avtosfer.az

1Sources