EN

Lukaşenko Putinlə görüşəcəyini açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko bir neçə gündən sonra Vladimir Putinlə görüşəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb: “Bir neçə gündən sonra biz Vladimir Vladimiroviç Putinlə görüşəcəyik. Və əgər bizim səviyyəmizdə bəzi məsələlərin müzakirəsinə ehtiyac olarsa, biz onları müzakirə edəcəyik”, -deyə Lukaşenko bildirib.

Belarus prezidenti qarşıdan gələn ilin çətin keçəcəyini bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
7
konkret.az

1Sources