EN

Mançini Ərəbistana gedişinə görə peşmandır

Roberto Mançini Səudiyyə Ərəbistanı millisini çalışdırmağı haqqında danışıb.

Yenisabah.az xəbər verir ki, o, belə bir qərar verdiyinə görə peşman olduğunu deyib: 

“Çünki İtaliya millisinin baş məşqçisi olmaq ən yaxşı işdir. Bir daha eyni seçimi etməzdim. İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina ilə bir-birimizi başa düşmədik. Əgər daha çox danışsaydıq, bəlkə də hər şey başqa cür olardı. Amma mənim onunla heç bir problemim yoxdur. 

Bəzən hər şeyi pul üçün etdiyimi düşünürlər. Mənim haqqımda xəbəri olmayanlar geri qayıdıb hər şeyə yenidən baxa və sonra danışa bilərlər”.

Xatırladaq ki, Mançini 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi təyin olunub, bu ilin oktyabrın 25-də  isə vəzifəsindən istefaya göndərilib. O, 2018-ci ilin yayından ötən ilin yayınadək İtaliya millisinə rəhbərlik edib. Mançini İtaliya yığması ilə Avro-2020-nin qalibi adını qazanıb.


Telegram kanalımız
Chosen
4
6
yenisabah.az

7Sources