EN

Yağsız məhsullar: İstehsalçılar başımızı belə aldadır

Yağsız məhsullar orqanizmə fayda vermir, əksinə tərkibinə qatılanlar kaloriliyini bir neçə dəfə artırır.

Doktorm.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Mariya Kaloşina "RIA Novosti"yə müsahibəsində bildirib.

O vurğulayıb ki, zülal, kalsium və digər makro və mikroelementlər lipidlər olmadan insan orqanizmində mənimsənilmir. Kaloşina əlavə edib ki, belə məhsullar adamı doyuzdurmur, daim aclıq hissi qalır.

Endokrinoloq qeyd edib ki, yağsız süd məhsullarına nişasta, şəkər və qatılaşdırıcılar əlavə olunur ki, bu da onların kaloriliyini bir neçə dəfə artırır.

Onun sözlərinə görə, alıcılar 3.5% orta yağlılıq faizi olan məhsulları seçməlidirlər.

Chosen
17
4
Doktorm.az

5Sources