EN

Tramp Qrenlandiyanı ələ keçirmək istəyir - Baş nazir etirazını bildirdi

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Qrenlandiyanın Baş naziri Mute Eqede ABŞ-ın növbəti Prezidenti Donald Trampın Birləşmiş Ştatlrın adaya nəzarət etməli olduğu barəsində çağırışını tənqid edib. Eqede bəyan edib: "Qrenlandiya bizimdir. Biz satılmırıq və heç vaxt satılmayacağıq. Azadlıq uğrunda uzun mübarizədə məğlub olmamalıyıq".

Qrenlandiya Danimarkanın muxtar ərazisidir.

Tramp ilk dəfə prezident olduğu dövrdə Puerto-Rikonu Qrenlandiya ilə dəyişmək və ya adanı satın almaq ideyasını səsləndirmişdi. Sonra isə bildirmişdi ki, Qrenlandiyanı Danimarkadan almaq strateji cəhədtən maraqlı olsa da, prioritet deyil. Danimarka rəhbərliyi də öz növbəsində adanın satılmasının əleyhinə çıxış etmişdi.

Ötən həftəsonu Tramp Qrenlandiyaya nəzarəti ələ keçirməyin düzgün addım olacağını hesab elədiyini yenidən bəyan edib.

Hürr Tərcüman

Chosen
25
25
hurriyyet.az

10Sources