EN

XİN başçısı NATO-nun Yuqoslaviyaya hücumuna həsr olunmuş abidəni ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın paytaxtı Belqradda NATO-nun 1999-cu ildə Yuqoslaviya Federativ Respublikasına hücumuna həsr olunmuş abidəni ziyarət edib.

Musavat.com xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkədə bildirib.

“Ürəyimizdə ağrı ilə 1999-cu il bombardmanlarının uşaq qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etdik və gül qoyduq. Mülki şəxslərə, xüsusilə uşaqlara qarşı təcavüz qəbuledilməzdir, bu dəhşətli cinayətləri törədənlərin hamısı məsuliyyətə cəlb edilməlidir”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, 1999-cu ildə NATO, serb qüvvələrinin albanları etnik təmizləməkdə ittiham edildiyi Kosovoda humanitar böhranı dayandırmaq üçün Yuqoslaviyaya hücum edib. Serbiyanın Kosovanın muxtariyyətini qəbul etməməsi diplomatik danışıqların uğursuz başa çatmasına yola açıb. Alyans müdaxilənin soyqırımın və yeni humanitar fəlakətin qarşısını almaq üçün zəruri olduğunu iddia edib. BMT Təhlükəsizlik Şurası veto təhlükəsi səbəbindən tədbirlər görə bilməyib, buna görə də NATO BMT mandatı olmadan fəaliyyət göstərdi. Dünya təşkilatının Təhlükəsizlik Şurasında Qərb ölkələri serb hakimiyyətinin Kosovadakı hərəkətlərini pisləyən və hərbi müdaxiləyə mandat verən qətnamə qəbul etməyə çalışsalar da, Yuqoslaviyanın müttəfiqləri olan Rusiya və Çin münaqişəni Yuqoslaviyanın daxili işi hesab edərək və müdaxiləyə qarşı çıxaraq veto qoymağa hazır idilər. Yekdil qərar əldə etməyin mümkünsüzlüyü ilə üzləşən NATO, BMT-ni kənara qoyaraq və öz hərəkətlərini humanitar zərurətlə əsaslandıraraq, onun rəsmi təsdiqi olmadan əməliyyata başlamağa qərar verib.

Chosen
5
1
musavat.com

6Sources