EN

Poçt bölməsində bağlamada olan partlayıcı qurğunun işə düşməsi səbəbindən yanğın baş verib

Almaniyanın Münster yaxınlığındakı Qreven şəhərinin poçt mərkəzində bağlamada olan partlayıcı qurğunun işə düşməsi səbəbindən yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə dekabrın 23-də “Spiegel” xəbər yayıb. Polis və prokurorluq xəsarət alan olmadığını qeyd edib. Binaya da ziyan dəyməyib – yanğınsöndürənlər tez bir zamanda yanğını söndürüblər. “İndi göndərən və ya alıcı haqqında heç nə demək mümkün deyil, çünki bağlama demək olar ki, tamamilə məhv olub.

Motivi göstərə biləcək heç nə tapılmayıb. Biz hələ də bağlamanın marşrutunu yenidən bərpa çalışırıq”, – deyə baş prokuror Dirk Ollex bildirib.

Bağlamada alışan maddə və detonator olan butulkalar olub. Yanğının təsadüfən və ya qəsdən baş verdiyi məlum deyil. Nəşr yazır ki, onlar həmçinin qeyd edirlər ki, bu hadisənin digər oxşar hallarla əlaqəsi olub-olmadığını yoxlayacaqlar.

//Samir Qurbanov, Editor.az

Chosen
12
editor.az

1Sources