Hilton Garden Inn Baku
Mal Qəbulu üzrə köməkçi
Son tarix 23 yan 2025 - [email protected]
Ünvan: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Otelin tələblərinə uyğun olaraq təchizatçılardan gələn məhsulların (qida, içki, təmizlik materialları, ləvazimatlar və s.) qəbulunun təmin edilməsi.
- Gələn malların miqdarını və keyfiyyətini diqqətlə yoxlamaq, fakturaları və göndərmə sənədlərini təsdiqləyərək məhsulun düzgünlüyünü təmin etmək.
- Zədələnmiş və ya keçmiş tarixli məhsulların geri qaytarılması:
- Zədələnmiş və ya keçmiş tarixli məhsulların qəbul edilməməsi, bu məhsulların müvafiq təchizatçıya geri qaytarılmasının təmin edilməsi.
- Gələn malların sənədləşdirilməsi:
- Məhsul siyahılarının və fakturaların düzgün şəkildə sənədləşdirilməsi və arxivləşdirilməsi, gələn mallara dair müvafiq məlumatların düzgün qeyd edilməsi.
- Gündəlik hesabatların hazırlanması:
- Gələn məhsullar və xidmətlər haqqında gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Otelin gündəlik əməliyyat tələblərinə sürətli və səmərəli şəkildə cavab verilməsi, hər hansı bir təcili tələb üçün dərhal tədbir görülməsi.
- Restoran, otel otaqları, konfrans zalı və s. kimi xüsusi ehtiyacları olan şöbələrə məhsulların vaxtında və düzgün şəkildə çatdırılmasının təmin edilməsi.
- Məhsul qəbul edilərkən və yerləşdirilərkən təhlükəsizlik və gigiyena qaydalarına tam uyğunluğun təmin edilməsi.
- Qida məhsullarının düzgün saxlanması, uyğun şəraitin yaradılması və zəhərli maddələrdən uzaq durulması üçün lazımi tədbirlərin görülməsi.
Tələblər:
- Ali təhsil arzuolunandır
- Otel və ya xidmət sahəsində təcrübə üstünlükdür;
- Kompüter bacarıqları: Microsoft Office proqramları, xüsusilə iScala ilə işləmə təcrübəsi;
- Azərbaycan dili (yazılı və şifahi) mükəmməl olmalıdır;
İşçinin təminatları:
- Qidalanma (işçi yeməkxanasında);
- TABİA Group – un tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Mal Qəbulu üzrə köməkçi” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.