EN

“Azərbaycanın daxil olması ilə D-8 təşkilatı daha da gücləndi” - Ərdoğan

“Azərbaycanın daxil olması ilə D-8 təşkilatı daha da gücləndi. Bu gün təşkilatın üç qitədə təsiri artıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz sədrliyi ilə keçirilən Nazirlər Kabineti iclasından sonra mətbuata açıqlamasında bildirib.
 

Türkiyə prezidenti Qahirədə D8-in uğurlu təşkili üçün Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisiyə təşəkkür edib.


Qeyd edək ki, D-8 (“İslam Səkkizliyi”) 1997-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Banqladeş, Misir, İran, İndoneziya, Malayziya, Pakistan, Türkiyə, Nigeriya daxildir.

Ölkəmiz dekabrın 19-da D-8 təşkilatına üzv seçilib.

Bizim.Media

Chosen
10
bizim.media

1Sources