Bakı. Trend:
İsrail hərbçiləri Qəzza şəhərinə endirdiyi hava zərbəsinəticəsində radikal "HƏMAS" hərəkatının daxili təhlükəsizlikmexanizminin rəhbəri Tərvat Məhəmməd Əhməd Albeki öldürüb.
Trend-inməlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidmətibildirib.
"Albek, əvvəllər Daraj Tuffda Musa ibn Nusayr məktəbi kimixidmət edən kompleksdə tikilmiş komanda qərargahında yerləşirdi", -deyə bildirilib.
Qeyd olunub ki, “HƏMAS-ın daxili təhlükəsizlik mexanizmiHƏMAS-ın yüksək rütbəli üzvlərinin təhlükəsizliyinə cavabdehdir,onların hərbi fəaliyyətlərinin davam etdirilməsini təmin etmək üçünonlara sığınacaqlar verir”. "Albek təhlükəsizlik mexanizmindəmərkəzi fiqur və qərarların qəbulu prosesində mühüm şəxs olub", -deyə əlavə edilib.