EN

"Heç bir sektorda minimum əmək haqqından aşağı maaş ödənilməyəcək" – Vüqar Bayramov

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam ilə yeni sosial paketə start verildi.

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin yeni sosial paketi əhalinin sosial rifahının gücləndirilməsinə yönəlib. Onun sözlərinə görə, minimum aylıq əməkhaqqı 345 manatdan 400 manata (16% artım), minimum pensiya isə 280 manatdan 320 manata (14,3% artım) çatdırılacaq: 

"Bu artımlar həm dövlət sektorunda, həm də özəl sektorda maaşların artırılmasını təmin edəcək. Minimum əməkhaqqının artımı, Vahid Tarif Cədvəlinin bütün dərəcələrinə təsir edəcək və heç bir sektorda minimum əmək haqqından aşağı maaş ödənilməyəcək".

 

Pərvanə Fərhadqızı

Chosen
23
qht.az

1Sources