EN

İki ayın pulunu almaq şərti ilə Azərbaycandan getməyə “OK” verdi

Premyer Liqada qalmaq istəyən "Kəpəz" növbəti ayrılığı «yaşıl işıq» yandırıb.

Gəncə təmsilçisi bu ilin iyulunda sıralarına qatdığı Viktor Braqaya qapını göstərib.

Altı ay öncə "1+1" illik müqaviləyə imza atmış braziliyalı qarşılıqlı razılıq əsasında getməyə razılaşıb.

Bunun üçün cənubi amerikalı legionerə 2 aylıq maaşı qədər təzminat ödəniləcək.

Cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən 23 yaşlı oyunçunun son klubu ölkəsində"Aqiya di Maraba" olub.

SPORTİNFO.AZ

Chosen
12
sportinfo.az

1Sources