“İran dialoqa hazır olsa da, eyni zamanda təzyiqlərə də müqavimət göstərəcək”. Tribunainfo.az xəbər verir ki, bunu İranın Xarici Əlaqələr Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.
O təhdiddən də çəkinməyib. Xərrazi deyib ki, hücum edilərsə, onlar da sakit oturmayacaqlar. №İrana hücum edilərsə, indiyə qədər cavab verdiyimiz kimi, bunun qarşılığında cavab verəcəyik”.
Maraqlı məqamlardan biri də budur ki, analoji açıqlama ilə İran XİN0-də çıxış edib. Nazirliyin sözçüsü İsmail Bəqayi deyib ki, əgər hücum olarsa, İran özünü qorumaq üçün bütün vasitələrdən istifadə edəcək.
Və ardından İran mediasında İranda mövcud olan terror təşkilatları ilə bağlı geniş xəbərlər yayılmağa başlayıb. Onların adları, hansı qruplaşmalar olması, hansı bölgələrdə güclü fəaliyyət göstərmələri və imkanlarından bəhs olunub.
Bütün bu açıqlamaları və mediada dərc olunanları üst-üstə qoyduqda belə bir mənzərə yaranır ki, İran XİN-i “bütün vasitələrdən” dedikdə, elə İranın içindəki terror qruplaşmalarını da nəzərdə tutub