EN

Xankəndidə nazirlik əməkdaşı intihar edib?-Rəsmi

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov intihar edib.
ONN media Modern.az-a istinadən xəbər verir ki, o Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında həyatına son verib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, N.Həsənov bir neçə gündür ki, özünü narahat hiss edirmiş.
Meyit müayinə üçün morqa aparılıb. Tibbi ekspertizanın nəticələrindən sonra ölümün səbəbi açıqlanacaq.
Qeyd edək ki, Nəcəf Həsənov Təhsil İdarəsinin Xocalı rayon sektorunda aparıcı məsləhətçi kimi çalışırdı.
Faktla bağlı araşdırma aparılır.
***
Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı Həsənov Nəcəfin intihar etməsi xəbəri ilə bağlı açıqlama yayıb.
Qarabağ Regional Təhsil İdarəsindən verilən açıqlamaya görə, Nəcəf Həsənov dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edilib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
“Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək. İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib”, - məlumatda vurğulanıb
ONN İnformasiya Agentliyi
Chosen
10
11
onn.az

10Sources