EN

Şuşaya qayıdış davam edir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış şuşalı ailələrin köçürülməsi davam edir.

Dünən 208 nəfərdən ibarət 51 ailə də doğma şəhərə qayıdıb. Onlara təntənəli şəraitdə yeni mənzillərin açarları təqdim edilib. 32 illik yurd həsrətinə son qoyulmuş Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Yurda qayıtmaq xoşbəxtliyinə çatmış insanlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə də minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

XQ

Chosen
11
xalqqazeti.az

1Sources