Misirin paytaxtı Qahirə şəhərində hökumət əleyhinə kütləvi etiraz aksiyaları başlayıb.
Axar.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları və KİV məlumat yayıb.
Məlumata görə, etirazçılar ölkə Prezidenti Əbdülfəttah əs-Sisi əleyhinə şüarlar səsləndirirlər.
Etirazlara səbəb ölkədə iqtisadi vəziyyətin pisləşməsi, insan azadlıqlarının pozulması və hökumətin korrupsiyalaşmasıdır.
Bundan başqa, Əbdülfəttah əs-Sisinin 45 milyard dollara başa gələcək yeni prezident sarayının inşasını elan etməsi etirazlara səbəb kimi də göstərilir.
Qeyd olunub ki, etirazçılar “Ərəb baharı”nın məşhur “Əş-şab yurid iskat ən-nizam” mahnısını səsləndirirlər.