EN

Ermənistandan gərginlik yaradacaq qərar: Rəsmən tanıdılar

Kosovo Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan bu ölkənin pasportlarını (vətəndaş, diplomatik və xidməti) rəsmən tanıyıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşrin sualına cavab olaraq, Ermənistan Xarici İşlər Nazirliyi məlumatı rəsmi olaraq təsdiqləyib.

“Hraparak” bunun İrəvanın Kosovonun müstəqilliyini tanıdığı anlamına gəlib-gəlməməsi barədə sualına XİN qeyd edib:

“Dünyanın bir çox ölkələri, o cümlədən bir sıra Avropa İttifaqına üzv dövlətlər Kosovonun pasportlarını tanıyır və (müstəqilliyini) tanınmadan Kosovo ilə əməkdaşlıq edirlər”.

Nazirlik bu qərarın Kosovonun müstəqilliyinin Ermənistan tərəfindən tanınması demək olmadığını vurğulayıb.

Nəşr qərarın Ermənistanla Serbiya arasında gərginlik yaradacağını istisna eləmir.

Xatırladaq ki, 1999-cu ildə Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsinə daxil edilən Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Kosovonun müstəqilliyini indiyədək 101 ölkə tanıyıb. Azərbaycan tanımayanlar arasındadır. Azərbaycan Kosovonun müstəqilliyini tanımadığı üçün bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
12
teleqraf.com

1Sources