Yeni il hər mədəniyyətdə fərqli adət-ənənələrlə qarşılansa da, bəxt, sağlamlıq və zənginlik gətirəcəyi inancı ilə bəzi rituallar icra olunur.
News24.az xəbər verir ki, rituala görə, Yeni il gecəsi yastığınızın altına dəfnə yarpağı qoyun və bu yarpağı 7 gün orada saxlayın.
7 günün sonunda dəfnə yarpağını torpağa basdırın. Bu ritualın bolluq və zənginlik enerjisinin il boyu sizinlə olmasını təmin edəcəyinə inanılır.
Bolluq və bərəkəti simvolizə edən başqa rituallar da var. Yeni il ərəfəsində nar sındırmaq evə bolluq gətirəcəyinə inanılan ənənəvi adətdir.
Hər biri fərqli bolluğu simvolizə edən nar dənələri evin hər küncünə səpilir. Qırmızı rəngdən istifadənin sevgi və şansı artırdığına da inanılır.
Yeni il gecəsində qırmızı alt paltarı geyinmək, qırmızı şam yandırmaq və ya masada qırmızı detallardan istifadə etmək də şansınızı artıra bilər.
Məryəm İlhamqızı