EN

Pensiyaya çıxmaq üçün tələb olunan kapital artırılacaq - YENİ MƏBLƏĞ

Azərbaycanda minimum pensiya məbləğinin artırılması yaşa görə pensiyaya çıxmaq üçün tələb edilən minimum pensiya kapitalının da artmasına səbəb olacaq.

Valyuta.az xəbər verir ki, minimum pensiya kapitalına dair tələb pensiyaların minimum məbləğinin 144 ədədinə vurulmaqla müəyyənləşdirilir.

Hazırda minimum pensiya 280 manat olduğundan, minimum pensiya kapitalına dair tələb 40 320 manatdır. Yeni ildən minimum pensiya məbləği 320 manata çatdırılacağından, minimum pensiya kapitalına dair tələb də 46 080 manata qədər artırılacaq. Beləliklə, yaşa görə pensiyaya kapital hesabına çıxmaq istəyənlər ən azı 46 080 manat pensiya kapitalına sahib olmalıdır.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, yaşa görə pensiyaya çıxmaq üçün ya ən azı 25 il sığorta stajı olmalı, ya da lazım olan məbləğdə pensiya kapitalı toplanmalıdır. Əgər pensiya kapitalının məbləği tələb olunan minimum həddən azdırsa, o halda staja diqqət yetirilir. Staj da tələbə uyğun olmadıqda, yəni 25 ildən az olduqda həmin şəxs pensiyaya çıxa bilmir və yaşa görə müavinət alır.

Hazırda həmin müavinətin məbləği 220 manatdır. Şəxsin pensiya kapitalı tələb olunan məbləğdə olmadıqda, amma stajı 25 il və daha çox olduqda, o, yaşa görə pensiyaya çıxa bilir.

Eyni qaydada, stajı 25 ildən az olduqda, lakin topladığı kapital minimum həddən çox olduqda da həmin şəxs yaşa görə pensiayaya çıxa bilir.

© Sfera.az

Chosen
5
2
valyuta.az

3Sources