EN

“HB Güven Klinik”də ŞOK OLAY: Görün 11 aylıq körpənin başına nə oyun açıblar

Dövlət xəstəxanalarının bir qismində normal şəraitin olmaması, tibbi avadanlıqların yenilənməməsi və xidmət səviyyəsinin aşağı olması səbəbindən vətəndaşlar məcburiyyət qarşısında qalıb özəl klinikalara üz tuturlar. Lakin son günlər sosial şəbəkələrdə özəl klinikalar barəsində də tez-tez şikayətlər eşidirik.

Publika.az xəbər verir ki, bu dəfə Sona Nəbiyeva adlı istifadəçi “HB Güven Klinik”dan şikayətçi olduğunu bildirib. Onun sözlərinə görə, klinikanın tibb bacısı 11 aylıq körpənin damarını tapa bilməyib.

“İki gün əvvəl gecə uşağın qızdırması 39-u keçdiyinə görə klinikanın təcili yardım şöbəsinə müraciət etdim. Klinikada uşağın damarını telefon işığı ilə axtarırdılar. 68 manat həkim qəbulu və analizlərə ödəniş etdim. Tibb bacısı 11 aylıq uşağın damarını tapa bilməyib, 20 qramlıq şpris iynəsi ilə qolunu deşdi, gözümün qarşısında uşağın qanı üstünə vururdu. Bir zülmlə qanı çəkdilər və mənə verdilər ki, apar 206-207-ci otağa ver. Qapıları neçə dəfə döyəndən sonra bir nəfər məndən analizləri aldı. Qeydiyyatda məndən sadəcə nömrə istədilər. Səhəri gün qeyd edilmiş nömrələrə israrlı zəngimdən sonra telefonu açdılar.

Nəticələri tələb etdim. Cavabları bu oldu ki, e-mail adres versəydiniz göndərərdik. Əgər belədirsə məndən niyə e-mail adres tələb etməmisiz? Tələb edərdiniz, verərdim. İndi də deyirlər ki, özünüz gəlin götürün.

Chosen
3
4
publika.az

6Sources