EN

Paşinyan yeni tamaşa istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin sabiqprezidentləri Robert Köçəryanla Serj Sarqsyana debatlar təklifetməklə İrəvandakı bulanıq siyasi həyatı çalxalandıraraq, daha dabulandırıb.

"Sabiq"lərə ünvanlanan bu çağırış təkcə erməni cəmiyyətinin yox,beynəlxalq müşahidəçilərin də diqqətini cəlb edib. Amma busəs-küylü təklifin arxasında nə dayanır və niyə bu qədər saxta,hətta gülünc təsir bağışlayır?

"Əvvəlki prezidentlərin Dağlıq Qarabağ üzrə danışıqlar prosesinədair bugünkü paylaşımıma öz nümayəndələri vasitəsilə reaksiyavermələri yaxşıdır. Lakin mən nümayəndələrin arxasında gizlənmirəmvə düşünürəm ki, onlar da gizlənməməlidirlər. Söylədiklərimi keçmişprezidentlərlə canlı müzakirə formatında əsaslandırmağa hazıram. Bugün mənim paylaşımıma etiraz edən prezidentlərin cavabınıgözləyirəm", - deyə Nikol Paşinyan "Facebook"da yazıb.

N.Paşinyan öz açıqlamasında 1994-cü ildən etibarən "DağlıqQarabağla bağlı danışıqlar prosesinin yalnız regionun Azərbaycanınnəzarətinə qaytarılmasına yönəldiyini iddia edir. Bu sözlər təkcəonun siyasi rəqibləri arasında deyil, ekspertlər arasında da kəskintənqidə səbəb olub.

Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, yəni uzunmüddət danışıqların idarəsində olmuş şəxslər, bu interpretasiyanıqətiyyətlə rədd ediblər. Hətta Köçəryanın nümayəndələri Paşinyanınbəyanatını "manipulyasiya" adlandıraraq, bunun baş nazirinsiyasətindəki uğursuzluqları gizlətmək və artan ictimai narazılıqfonunda mövqeyini möhkəmləndirmək məqsədi daşıdığını iddiaediblər.

N.Paşinyanın bəyanatı onun 2020-ci ildə Ermənistanın Qarabağmünaqişəsində məğlubiyyətindən sonra öz hərəkətlərini əsaslandırmaqcəhdlərinin ilk nümunəsi deyil. Sələflərini ittiham etməklə,Paşinyan öz hökumətinin uğursuzluqlarına görə məsuliyyəti üzərindənatmağa və özünü əvvəlki idarəetmənin "qurbanı" kimi təqdim etməyəçalışır.

Ancaq bir çox analitiklər bu bəyanatda faktların təhrifolunmasını görür. Beynəlxalq sənədlərə görə, danışıqlar prosesi,həqiqətən də, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasınıvə Qarabağdakı erməni əhalisi üçün təhlükəsizlik və muxtariyyətzəmanətlərini nəzərdə tuturdu.

Paşinyan, görünür, bu mürəkkəb prosesi sadələşdirərək, özqərarlarını əsaslandırmağa çalışır – halbuki onun qərarlarımünaqişəni daha da kəskinləşdirmiş,Ermənistanı məğlubiyyətəaparmışdı.

Paşinyanın debat təşəbbüsü daha çox siyasi manevr təsiribağışlayır, nəinki həqiqəti tapmaq cəhdi. Köçəryan kimi keçmişprezidentlər, baş naziri "gülünc obraz" adlandıraraq və onunkonstruktiv dialoq aparmaq bacarığını şübhə altına alaraq, butəşəbbüsdən imtina ediblər. Debatların baş tutmamasının səbəbləriaydındır. Çünki Nikol Paşinyanın təklif etdiyi debat formatıaçıq-aşkar onun xeyrinə işləyir. İnformasiya resurslarına nəzarətetdiyi üçün o, müzakirələri özünə sərfəli istiqamətə yönəldə bilər.Bundan başqa, Serj Sarqsyanla Robert Köçəryan hakimiyyətdəolduqları zaman çoxsaylı marazmatik və idiotik qərarlar verdiklərinbildiklərindən debatdan yayınırlar. Və ən nəhayət, debatlar əsasməsələləri həll etməyəcək, əksinə, Ermənistan cəmiyyətindəkiparçalanmanı daha da dərinləşdirəcək.

Bəs yaxşı, belədirsə, Nikol Paşinyan niyə debat təşəbbüsü iləçıxış edib?

İlk baxışdan bu, açıq fikirli olmaq və mürəkkəb məsələlərimüzakirə etməyə hazır olmaq istəyinə bənzəyir. Amma əslində, bu,ehtimal ki, ölkənin real problemlərindən diqqəti yayındırmaqcəhdidir. İqtisadi böhran, hakimiyyətə olan etimadın azalması,beynəlxalq təcrid – bütün bunlar cavab tələb edir, amma Paşinyan bucavabları verə bilmir.

Bundan əlavə, keçmiş prezidentlərlə debatlar onun özünü dialoqahazır lider kimi göstərməsinə imkan verərdi ki, bu da xüsusiləmümkün seçkilər ərəfəsində əhəmiyyətlidir. Beləliklə, bu təşəbbüs,böyük ehtimalla, onun öz imicini möhkəmləndirmək üçün hazırlanmışsiyasi strategiyadır.

Paşinyanın təşəbbüsü Ermənistan cəmiyyətində onsuz da dərin olanparçalanmanı daha da gücləndirir. Konsensus axtarışı əvəzinə,hakimiyyət və müxalifət bir-birini ittiham etməkdə davam edir vəeyni zamanda, Azərbaycan və Türkiyə ilə münasibətlərinnormallaşdırılması kimi əsas məsələlərin həllinə mane olur.

Paşinyanın debat təklifi – məsuliyyəti başqalarının üzərinəyükləmək və öz uğursuzluqlarını gizlətmək cəhdidir. Boş sözlər vəittihamlar əvəzinə, hazırkı hakimiyyət Ermənistanın qarşısındaduran real problemlərin həllinə və həm ölkə daxilində, həm dəxaricdə etimadın bərpasına fokuslanmalıdır.

Paşinyanın Qarabağ üzrə danışıqlar prosesinin məzmunu ilə bağlıson bəyanatları sadəcə növbəti "sensasiya" deyil, həm də diqqətləhesablanmış siyasi addımdır. 1994-cü ildən etibarən danışıqlarınyalnız Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ətrafındaaparıldığını iddia etmək, onun hazırkı addımlarını əsaslandırmaqcəhdi kimi görünür.

Amma niyə bu bəyanat məhz indi səsləndirildi? Cavab sadədir:Paşinyan ictimaiyyətin diqqətini hazırkı uğursuzluqlarından, daxilitənqidlərin artmasından və müxalifətin narazılığından yayındırmağaçalışır.

ATƏT-in Minsk Qrupu ətrafında yaranmış vəziyyət, onun tamamilədağılması və Ermənistanın əvvəlki mövqelərinə beynəlxalq dəstəyinolmaması Paşinyan üçün ciddi zərbə oldu. İndi o, öz addımlarınayeni bəraətlər tapmalı və eyni zamanda "sülhsevər" lider obrazınısaxlamağa çalışır.

Paşinyanın ritorikasında ən diqqətçəkən məqam onun özünə eynivaxtda həm qərarlı islahatçı, həm də milli lider obrazınıgeyindirmək cəhdidir. O, "səhv"lərini açıq şəkildə etiraf etsə də,əməlləri elan etdiyi dəyişikliklərə hazır olmadığını göstərir.

Məsələn, Paşinyan bəyanatlarında onun "patriotizminin"danışıqlar prosesinin mahiyyətini dərhal başa düşməsinə imkanvermədiyini vurğulayır. Amma keçmişdə o, "Qarabağ – Ermənistandırvə nöqtə" deyərək, beynəlxalq ictimaiyyəti təhrik edir,qarşıdurmanı gücləndirirdi.

Onun Cıdır düzündəki rəqslərini və Azərbaycan mədəniyyətinə,tarixinə tamamilə hörmətsizliyini də unutmaq olmaz. Bu epizodlaronun hazırkı bəyanatlarının səmimiyyətinə şübhələri daha daartırır.

Paşinyan 2020-ci il hadisələrindən – Ermənistanın Qarabağmünaqişəsində məğlubiyyətindən uzaqlaşmağa çalışaraq, özhərəkətlərini əvvəlki rəhbərlərin xəttinin davamı kimi göstərir.Amma faktlar əksini deyir. Məhz onun təxribatçı bəyanatları vəsiyasəti, o cümlədən, Tovuz istiqamətində qarşıdurmalar, İkinciQarabağ müharibəsinin katalizatoru oldu.

Azərbaycanın dinc şəhərlərinə raket hücumları, dinc sakinlərinölümü, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatınmüddəalarının yerinə yetirilməməsi - bütün bunlar təkcə əvvəlkiErmənistan rəhbərliyinin deyil, həm də şəxsən Nikol Paşinyanınvicdanında qalmışdır.

Müharibədən sonra Ermənistan Qarabağdakı separatçı qüvvələridəstəkləməyə, yüzlərlə azərbaycanlının həyatını itirməsinə səbəbolan minalanmış ərazilərlə bağlı terror aktlarına töhfə verməyədavam edirdi. Məhz bu, Azərbaycanı Qarabağda antiterror əməliyyatıkeçirməyə və münaqişəyə son qoymağa məcbur etdi.

Paşinyanın etirafları tövbə aktı deyil, növbəti siyasi manevrkimi görünür. Onun Ermənistan Konstitusiyasından Azərbaycana qarşıərazi iddialarını çıxarmaqdan imtinası, real dəyişikliklərə hazırolmadığını göstərir.

Beynəlxalq arenada Paşinyan özünü "sülh göyərçini" kimigöstərməyə çalışsa da, ölkə daxilində millətçi ritorikadan istifadəetməyə davam edir. Bu, ona xarici aktorların tələbləri ilə daxilisiyasi reallıqlar arasında balanslaşdırmağa imkan verir.

Ermənistan və Fransanın BMT Təhlükəsizlik Şurasındaanti-Azərbaycan qətnaməsi qəbul etdirmək cəhdləri də Paşinyanınriyakarlığını sübut edir. O, həm sələflərini uğursuzluqlardaittiham edir, həm də onların xəttini davam etdirərək böhranı dahada dərinləşdirir.

Paşinyan Ermənistan siyasətində böhranın simvolu olaraq qalır.Onun ziddiyyətli bəyanatları, ictimai fikirlə manipulyasiyacəhdləri və islahatlara real hazır olmaması Ermənistan iləqonşuları arasındakı uçurumu daha da dərinləşdirir.

Ermənistanın gələcəyi üçün yalnız keçmiş səhvləri etiraf etməkdeyil, həm də Paşinyanın siyasətinin əsasını təşkil edən revanşistritorikadan imtina etmək vacibdir.

Bunun üçünsə intellekt, cəsarət və müdriklik gərəkdir...

Chosen
15
4
az.trend.az

5Sources