EN

İsrail ilk dəfə Haniyənin Tehranda öldürülməsini etiraf etdi

İsrael Kats HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsində Təl-Əvivin iştirakını rəsmən etiraf edib.

Bu barədə "Ynet" portalına istinadən məlumat yayılıb.

"Biz Yəməndə onlara ("Ənsar Allah" hərəkatını nəzərdə tutur - red.) ciddi zərər vuracağıq, strateji infrastrukturlarını sıradan çıxaracağıq və liderləri ilə Tehranda Haniyə ilə etdiyimiz kimi davranacağıq", - deyə İsrailin müdafiə naziri qeyd edib.

Qeyd edək ki, İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda gecələdiyi malikanədə yaxınmənzilli raketdən açılan atəşlə öldürülüb. İsrail hökuməti əvvəllər İ.Haniyənin öldürülməsində iştirakını etiraf etmirdi.

Mənbə: oxu.az

Chosen
3
3
oxu.az

4Sources