EN

Pirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı - FOTOLAR

Polis əməkdaşları tərəfindən ölkə ərazisində partlayıcı, tezalışan maddələr və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beyləqan, Ucar, Ağcabədi, Hacıqabul, Masallı, Salyan və Şamaxı rayonlarında keçirilən növbəti tədbirlər nəticəsində partlayıcı maddələrin gizli şəkildə satışını təşkil edən 7 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus mağazalardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə həmin şəxslər barəsində toplanılmış materiallar baxılması üçün məhkəmələrə göndərilib.

"Cebheinfo.az" 

Chosen
8
13
cebheinfo.az

10Sources