EN

"Məqsədimiz vəkilliyə olan marağın artırılmasıdır" - Sədr

"Məqsədimiz vəkilliyə olan marağın artırılmasıdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - "Vəkil Günü" peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan "Dünya Vəkil Cübbələri və Atributları" sərgisində çıxışında deyib.

O, artıq ikinci dəfə bu sərginin təşkil olunmasını yüksək qiymətləndirib.

"İlk dəfə belə bir sərgini 2021-ci ildə Bakıda Muzey Mərkəzində keçirmişik. Həmin sərgi böyük marağa səbəb olmuşdu. Bu il Azərbaycan vəkilliyinin yaranmasından 105 il ötür. Hesab edirəm ki, bu sərgi vəkilliyin yubileyinə həsr olunur", - deyə
A.Bağırov bildirib.

Şəbnəm Mehdizadə
Chosen
15
e-huquq.az

1Sources