Azərbaycanın aparıcı taksi xidmətlərindən biri olan “Yango Ride” şirkətinin tərəfdaşlarının avtoparkına 2024-cü ilin aprel ayından 3500-dən çox avtomobil daxil olub. Bu, “Yango” şirkətinin taksi parklarının dəstəklənməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi proqram sayəsində mümkün olub. Belə ki, şirkətlə əməkdaşlıq edən və proqramın şərtlərinə cavab verən taksi parkları əlverişli kredit və lizinq şərtləri ilə avtomobil parklarına yeni avtomobillər əlavə etmək imkanı qazanır.
“Avtoparkların yenilənməsi təkcə sərnişinlərə komfortlu xidmət deyil, həm də bütövlükdə ölkə infrastrukturunun və nəqliyyat ekosisteminin inkişafına töhfə deməkdir. Tərəfdaşlarımızın bu təşəbbüsü bu qədər fəal dəstəkləməsinə şadıq. 2025-ci ildə xəttə təxminən daha 5000 yeni avtomobil çıxarmağı planlaşdırırıq”, – “Yango Ride” şirkətinin Azərbaycan üzrə rəhbəri Müşviq Həsənov bildirib.
“Yango ilə əməkdaşlıq biznesimizi inkişaf etdirməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Proqram sayəsində biz artıq onlarla yeni avtomobili xəttə çıxarmışıq və gələn il yenilənmə prosesini davam etdirməyə hazırıq”, – taksi parklarından birinin direktoru Orxan Bilalov deyib.
Proqram haqqında ətraflı məlumat əldə etmək üçün taksi parkları “Yango” nümayəndələri ilə əlaqə saxlaya bilər.
*”Yango Ride” haqqında*
“Yango Ride” beynəlxalq texnologiyalar şirkəti olan “Yango Group”un tərkibinə daxildir. “Yango Group” Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Pakistan, Kolumbiya və s. kimi 20-dən çox ölkədə fəaliyyət göstərir. Azərbaycanda şirkət 2022-ci ildən etibarən taksi sifarişi və çatdırılma xidmətləri göstərir. 2024-cü ildə “Yango” supertətbiqinə bir neçə yeni xidmət əlavə olunub: ictimai nəqliyyatda səfərlərin planlaşdırılması xidməti, “Market” məhsul çatdırılması xidməti, “Yemək” hazır yeməklərin çatdırılması xidməti.