EN

Bu ölkə İsrailə rekord həcmdə silah yardımı edib

2024-cü ilə qədər Almaniyanın İsrailə silah ixracı rekord həddə çatıb və 160 milyon avronu keçib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail hökuməti 2023-cü ilin oktyabrında HƏMAS hücumlarından sonra artilleriya sursatları və zirehli maşınlar üçün döyüş silahları tələb etmişdi. Lakin Almaniya hökuməti bu tələblərə yaşıl işıq yandırmadı. Almaniya yayda Merkava tankları kimi İsrail döyüş maşınlarında istifadə edilən ehtiyat hissələrinin ixracına icazə verib.
 
Ekspertlərin fikrincə, belə hissələrin Almaniyada istehsalı İsrailin müdafiə qabiliyyəti üçün kritik əhəmiyyət kəsb edir. Berlin administrasiyası Tel-Əvivdən beynəlxalq hüquq çərçivəsində istifadə olunacağına dair rəsmi zəmanət aldıqdan sonra bu daşımaları təsdiqləyib.
 
Almaniya hökuməti Bundestaq üzvlərinə təqdim etdiyi açıqlamalarda silah ixracını yalnız məhsul qrupları üzrə bildirib. Tank və döyüş maşınlarının ehtiyat hissələri 48 milyon avro, sursat növləri isə təxminən 37 milyon avro dəyərində qiymətləndirilib.
 
Almaniya 2023-cü ilə qədər 13 milyard avronu keçən silah ixracı ilə rekord qırıb. Bu rəqəmin 8 milyard avrosu döyüş silahlarından, qalanı isə digər hərbi texnikadan ibarət olub. O cümlədən, Ukraynaya səkkiz milyard avro dəyərində silah yardımı ümumi ixracın 62 faizini təşkil edib.
 
Mikayıl

Chosen
5
13
azxeber.com

10Sources