EN

Anar Bağırov: "Vəkil müstəqil olmasa, vətəndaş ona inanmaz"

"Vəkil müstəqil olmasa, vətəndaş ona inanmaz".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - "Vəkil Günü" peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan "Dünya Vəkil Cübbələri və Atributları" sərgisində çıxışında deyib.

O xatırladıb ki,ilk dəfə 28 dekabr 1999-cu il tarixinə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla ölkəmizdə vəkillik institututu müstəqil təsisat kimi qəbul edilib.

"Azərbaycan Xalq Cümhuriyyəti dövründə vəkillik Ədliyə Nazirliyinin nəzarəti altında idi. Sovet dövründə isə vəkilliyə ehtiyyatla yanaşılırdı. Vəkillik müstəqil deyildi və dövlət qurumlarının nəzarətində idi. Ulu Öndər Heydər Əliyevin böyüklüyü ondan ibarət idi ki, o, 1999-cu ildə, hələ Rusiya, Qazaxıstan kimi ölkələrdən əvvəl vəkilliyə müstəqillik verdi və belə bir qətiyyətli qərar qəbul edildi", - deyə Vəkillər Kollegiyasının sədri qeyd edib.

Şəbnəm Mehdizadə
Chosen
19
e-huquq.az

1Sources