EN

Zelenskidən Slovakiya baş nazirinə rüşvət təklifi ilə bağlı açıqlama: "Biz pul verməyə hazır idik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitsonun Kiyevin NATO-ya üzvlük müqabilində ona 500 milyon avro təklif etməsi barədə sözlərinə münasibət bildirib.
Oxu.Az-ın xəbərinə görə, Zelenski bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. Ukrayna liderinin sözlərinə görə, o bununla Bratislavanın Rusiya qazının tranzitinin dayandırılması ilə bağlı itkilərini kompensasiya etmək istəyib.
"Biz ona Rusiya tranzitindən itkilərə görə slovaklara - konkret slovaklara potensial kompensasiya ödənilməsi ilə bağlı həll yollarını, o cümlədən tranzitə alternativ - Rusiya qazının deyil, istənilən digər qazın alternativini təklif etdik, Avropa Komissiyasının müraciəti ilə. Biz bunu etməyə hazır idik. Fitso slovaklar üçün təzminat istəmədi. Və o, Avropa Komissiyası ilə əməkdaşlıq etmək istəmir. Hansısa səbəbdən Moskva onun üçün daha sərfəlidir.
Avropada hər kəs bunun səbəbini anlayır. Bunu başa düşməyən yoxdur", - deyə Zelenski paylaşımda yazıb.
Volodimir Zelenski, həmçinin fikir bildirib ki, Slovakiya baş naziri öz şəxsi maraqlarını güdür.
"Jurnalistlərin Fitsonun Moskvaya səfəri ilə bağlı çoxlu sualı oldu. Əslində, bizim Brüsseldə, bütün Avropa liderlərinin iştirakı ilə söhbətimizdən sonra artıq heç nə təəccübləndirmir.
Biz öz həyatımız üçün mübarizə aparırıq, Fitso isə pul üçün mübarizə aparır, nəinki Slovakiya üçün pul əldə edilməsinə. Putinlə kölgə müqavilələri ya dövlət maraqlarına xidmət edir, ya da şəxsi mənfəət üçün işləyir", - deyə o əlavə edib.
Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitso Brüsseldə baş tutan qapalı görüşdə danışıqlar zamanı Ukraynanın NATO-ya (Şimali Atlantika Alyansı) qəbulu məsələsində Slovakiyanın səsini almaq üçün Zelenskinin Fitsoya Rusiya aktivlərindən 500 milyon avro təklif etdiyini bəyan edib. Fitso, eyni zamanda, təklifdən imtina etdiyini vurğulayıb və heç bir halda Kiyevin Şimali Atlantika Alyansına qoşulmasına səs verməyəcəyini bildirib. Həmçinin Ukraynanın NATO-ya dəvət edilməsini qeyri-real adlandırıb.
Qeyd edək ki, dekabrın 23-də Zelenski Slovakiya xüsusi xidmət orqanlarına Fitsonun Kremllə əlaqələrini yoxlamağı təklif edib. Ukrayna lideri deyib ki, Moskva baş nazirə əhəmiyyətli dərəcədə endirimlər edir, amma onların əvəzini Slovakiya ödəyir.
Bildirək ki, dekabrın 22-də Robert Fitsonun Moskvaya gəldiyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü məlum olub. Slovakiya baş naziri Rusiya lideri ilə Ukraynadakı vəziyyəti, eləcə də Moskva ilə Bratislava arasında münasibətləri müzakirə etdiyini deyib.
Chosen
8
50
oxu.az

10Sources